Naməlum şəxslər mənzilin qapısının qıfılını qırıb, oraya daxil olmaq istəyib. Sumqayıt24-ə bu haqda evin sahibi xəbər verib.
Onun sözlərinə görə, hadisə 26 iyul saat 20:00 radələrində, evdə heç kim olmayan zaman baş verib. Belə ki, 17-ci mikrorayon, bina 7-də yerləşən mənzillərinə qayıdan sakinlər qıfılın zədələndiyini görüblər.
Ehtimal edilir ki, kimlərsə bunu oğurluq məqsədilə edib.