Sumqayıtda "Explore Yourself" adlı uzunmüddətli layihə qurulub. Bu barədə 18 yanvar tarixində Sumqayıt24 xəbər verir.
"Sağlam Düşüncə" Gənclər Təşkilatının "EU4Youth Məzunlar" şəbəkəsinin üzvü Günel Qardaşova və komanda yoldaşı Fidan Hüseynova onun icrasına başlayıblar. Layihə Avropa Komissiyasının "Avropa İttifaqı Gənclər üçün" (#EU4Youth) proqramı çərçivəsində Gənclərin İnkişafı və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyinin tərəfdaşlığı ilə həyata keçiriləcək.
Məqsəd incəsənətə maraqlı gəncləri sosial fəaliyyətlərində, həmçinin şəxsi inkişaflarında vacib olan bilik və bacarıqlar, #Erasmus+ və könüllülük proqramları haqqında məlumatlandırmaqdır.