Sumqayıtda vaqon tipli köşkdə yanğın baş verib. Sumqayıt24 bu barədə 27 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Fəhlələrin geyinib-soyunması üçün istifadə olunan 30 kv.metrlik vaqonun içərisinə yığılan əşyalar yanıb. Tikili FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.