Sumqayıtın tanınmış marketlərindən birində qanun pozuntuları aşkarlanıb. Bu barədə 4 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları qida sahəsində fəaliyyət göstərən ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər keçiriblər. Nəticədə "Fəxri" marketində (18-ci məhəllə) obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi və baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı nöqsanlar tapılıb.
Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.