Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbirləri keçirib. Sumqayıt24 bu haqda 4 fevral tarixində quruma istinadən xəbər verir.
Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə icra başçısının Corat qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində və Abşeron rayonunun Məmmədli kənd 10 nömrəli körpələr evi-uşaq bağçasında görüşlər təşkil olunub.
İştirakçılara fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib. FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları nümayiş etdirilib.
Sonda isə suallar ətraflı cavablandırılıb.