Sumqayıtda dənizdə batan şəxs xilas olunub. Bu barədə 17 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat veririk.
Hadisə “Sumqayıt” sularda xilasetmə məntəqələrindən kənarda (qeyri-çimərlik ərazisi) qeydə alınıb. Çimərkən batma təhlükəsi ilə üzləşən şəxs FHN-in Xilasetmə Dövlət Xidməti tərəfindən sudan çıxarılıb.