Sumqayıt şəhərində “Bəşəriyyətin təhlükə mənbəyi-Narkomaniya” mövzusunda tədbir keçirilib. Sumqayıt24 bu haqda bu gün, 5 mart tarixində Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.
Tədbir FHN-in Sumqayıt Regional Mərkəzinin zabit, gizir və çavuş heyəti arasında keçirilib. Tədbirdə Baş idarənin Qoşun və qüvvələrin hazırlığı idarəsinin rəisi polkovnik Davud Məmmədov, Şəxsi heyətlə iş üzrə şöbəsinin Şəxsi heyətin mənəvi-psixoloji hazırlıq bölməsi rəisinin baş köməkçisi baş leytenant İlqar Abbasov narkotik asılılığı, fəsadları, insan sağlamlığına və mənəviyyatına vurduğu zərbə, ondan qorunma yolları barədə ətraflı məlumat veriblər.
Görüşdə mövzu ilə bağlı fotoslayd və videoçarx nümayiş olunub.