top
FHN-in sabiq əməkdaşı Sumqayıt məhkəməsinin hökmündən narazıdır
23 dekabr 2024, 00:07
- +

FHN-in sabiq əməkdaşı Sumqayıt məhkəməsinin hökmündən narazıdır

Fövqəladə Hallar Nazirliyinin (FHN) həbsdə olan eks-əməkdaşı Sumqayıt məhkəməsinin qərarı ilə razı deyil.

Pravda.az-ın məlumatına görə, qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin Quba Rayon Dövlət Yanğından Mühafizə Hissəsində texnika üzrə sabiq rəis müavini Ramil Əliyevin barəsindəki qərardan kassasiya şikayəti verilib.

Şikayət Ali Məhkəmənin hakimi Vidadi Cəfərovun sədrliyi ilə araşdırılacaq. İlkin hazırlıq iclası dekabrın 26-na təyin edilib.

O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Qeyd edək ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramil Əliyev 7 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub və o, dərhal məhkəmə iclas zalından həbs edilib. Sumqayıt Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

Rəsmi məlumata əsasən, Ramil Əliyev rəis müavini işlədiyi dövrdə ayrı-ayrı şəxslərdən işə düzəltmək adı ilə pul tələb edərək alıb.

Aparılan istintaqla Ramil Əliyevin öz qulluq mövqeyindən istifadə edərək ayrı-ayrı şəxslərin ona olan etibarından sui-istifadə etməklə əmlaklarını ələ keçirmək məqsədilə onları Quba Rayon Dövlət Yanğından Mühafizə Hissəsində yanğınsöndürən vəzifəsinə işə qəbul etdirəcəyi barədə yalandan vədlər edərək ümumilikdə 21.500 manat məbləğində pul vəsaitini ələ keçirərək dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Ramil Əliyevə Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar xeyli miqdarda dələduzluq törədildikdə) və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə yekun ittiham elan edilib.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:58

SDU-da "SmarTech-I" müsabiqəsinin finalı keçirildi

Bütün xəbərlər
Dünən, 17:18

Təmizlənir, amma yenə zibillənir: Sumqayıtda sakinlərdən sərt təklif

Bütün xəbərlər
Dünən, 16:10

Sumqayıtda istirahət günü 30 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 15:29

Birinci sinfə elektron qəbul yenidən BAŞLAYIR

Bütün xəbərlər
Dünən, 15:15

Həyəti su basdı, ərazini üfunət bürüdü - Sumqayıtda qəza

Bütün xəbərlər
Dünən, 14:21

Zakir Fərəcov SDU-nun tədris korpusundakı təmir işləri ilə tanış oldu

İdman
Dünən, 13:44

"Sumqayıt" doğma meydanına bu tarixdə qayıdacaq - RƏSMİ

Bütün xəbərlər
Dünən, 13:05

"Sumqayıt" bu gün meydana çıxır - rəqib "Şamaxı"

Bütün xəbərlər
Dünən, 12:30

35 il çörək daşıyan Novxanı sakini: "Çörəyin qədrini bu peşə öyrətdi"

Bütün xəbərlər
Dünən, 11:41

Məşhur həkim Sumqayıtda yaşadığı günləri xatırladı

İdman
Dünən, 10:45

"Sumqayıt" Mamadi Banqreni transfer etdi - RƏSMİ

Bütün xəbərlər
Dünən, 10:12

Sumqayıtda məktəbin yanında ürəkbulandıran vəziyyət

Bütün xəbərlər
Dünən, 09:18

İlk baxışdan səhraya bənzəyən ərazi Sumqayıtda stadion imiş...

Bütün xəbərlər
11 sentyabr 2026, 18:15

Adı dünyanın 7 nüfuzlu universitetinin qəbul siyahısında olan sumqayıtlının uğur hekayəsi

Bütün xəbərlər
11 sentyabr 2026, 17:47

"İşləmək imkanlı olmaq demək deyil" – təhsil kreditləri ilə bağlı yeni təklif

Bütün xəbərlər
11 sentyabr 2026, 17:15

Kanalizasiya problemi, dözülməz şərait, çarəsiz Sumqayıt sakinləri

Bütün xəbərlər
11 sentyabr 2026, 16:45

Sumqayıtda "ağıllı su şəbəkələri" tətbiq olunacaq

Bütün xəbərlər
11 sentyabr 2026, 16:15

Ötən il 20 minə yaxın şəxs əmək qabiliyyətli yaşda ölüb

Bütün xəbərlər
11 sentyabr 2026, 15:45

"İnandır və qalib gəl" – Sumqayıtlı gənclər üçün yeni yarış

İdman
11 sentyabr 2026, 15:15

Burkina Faso yığmasının vingeri "Sumqayıt"a gəlir?

Bütün xəbərlər
11 sentyabr 2026, 14:45

17-ci mikrorayonda sakinlər susuz qaldı - Qurumdan açıqlama

Bütün xəbərlər
11 sentyabr 2026, 14:15

Sumqayıtda sabah 29 dərəcə isti olacaq

Bütün xəbərlər
11 sentyabr 2026, 13:45

Sumqayıt məhkəməsində DTX-nin həbs etdiyi şəxslərə cəza verildi

Bütün xəbərlər
11 sentyabr 2026, 13:15

SDU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi yaradılıb

Oxşar xəbərlər