Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi tərəfindən maarifləndirmə tədbiri baş tutub. Bu haqda 24 fevral tarixində Sumqayıt24 FHN-ə istinadən məlumat verir.
Dövlət Yanğın Nəzarəti Xidməti mütəxəssislərinin iştirakı ilə baş tutan tədbir 25 nömrəli körpələr evi-uşaq bağçasında təşkil olunub.
Seminarda fövqəladə halların təsnifatı, yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib. Həmçinin “112” qaynar xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.