Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Bu barədə 30 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat veririk.
Çağırış ünvanına FHN-in xilasetmə qüvvələri cəlb olunub. Əməkdaşlar mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.