Sumqayıtda 3 uşaq mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Bu haqda 28 noyabr tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Hadisə yerinə FHN-in xilasetmə qüvvələri cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində nəzarətsiz qalmış uşaqların xilas olunması təmin edilib.