Fövqəladə Hallar Nazirliyi “Yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib. Sumqayıt24 bu haqda 4 avqust tarixində Fhn.gov.az-a istinadən xəbər verir.
Tədbirlər Sumqayıt Regional Mərkəzi tərəfindən Xızı rayonu ərazisində yerləşən meşə massivlərində və istirahət mərkəzlərində təşkil olunub. Vətəndaşlara yanğına qarşı profilaktik tədbirlər haqqında məlumat verilib. Həmçinin, yerli əhaliyə meşə massivlərində baş verə biləcək yanğınların qarşısının vaxtında və operativ şəkildə alınması üçün tövsiyələr də verilib.
Sonda, iştirakçılara yanğın təhlükəsizliyi qaydalarına dair çap materialları paylanılıb, suallar cavablandırılıb.