Sumqayıtda yanğına qarşı maarifləndirmə tədbiri keçirilib. Bu haqda 28 sentyabr tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Seminar İnşaatçılar qəsəbəsində yerləşən Sumqayıt şəhər Psixiatriya Xəstəxanasında baş tutub.
Burada yanğınların başvermə səbəbləri və qarşısının alınması yolları, yanğın zamanı zəruri davranış qaydaları barədə məlumat verilib və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib. Həmçinin mövzu ilə bağlı geniş müzakirələr aparılıb, zəruri tövsiyələr verilib.