top
FHN psixoloqlar üçün konfrans təşkil edib
03 noyabr 2023, 03:03
- +

FHN psixoloqlar üçün konfrans təşkil edib

Sumqayıtda “Baş vermiş fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı psixoloji xidmətlərin təşkili” mövzusunda konfrans keçirilib. Sumqayıt24 bu haqda 3 noyabr tarixində xəbər verir.

Tədbir Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində təşkil olunub. Konfransda Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev, İcra Hakimiyyəti başçısının müavini Fərid Ələkbərov, FHN Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin rəis müavini polkovnik-leytenant Elnar Məmmədov, FHN-in yerli qurumlarının, şəhərin idarə, müəssisə və təşkilatlarının rəhbərləri, o cümlədən Abşeron-Xızı Regional Təhsil İdarəsi və Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan müəssisələrdən 148 nəfər psixoloq iştirak edib.

Əvvəlcə iştirakçılar ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Heydər Əliyev Mərkəzində onun həyat və fəaliyyətindən bəhs edən eksponatlarla tanış olublar.

Konfransı giriş sözü ilə açan polkovnik Vaqif Fətullayev fövqəladə hadisələr zamanı psixoloqların zərərçəkmişlərə ilkin psixoloji yardımın göstərilməsinin əhəmiyyətini vurğulayıb. Təhsil və səhiyyə müəssisələrinin və FHN-in psixoloqlarının qarşılıqlı fəaliyyət göstərmələrinin səmərəli olduğu bildirilib.

Sonra fövqəladə hadisələr zamanı zərərçəkmiş şəxslərdə kəskin stres əlamətlərinin azaldılması üçün ilkin psixoloji yardımın göstərilmə qaydalarından bəhs edilib, müxtəlif xarakterli qəza-xilasetmə işləri zamanı zərərçəkmişlərə və onların yaxınlarına mənəvi dəstəyin göstərilməsinin vacibliyindən söz açılıb.

Fövqəladə Hallar Nazirliyinin Aparatı və qurumlarından dəvət olunan ixtisaslaşmış psixoloqların “Fövqəladə hadisələr zamanı ilkin psixoloji yardımın göstərilməsi. Kəskin stres reaksiyaları”, “Fövqəladə hallar zamanı kütlə davranışının psixoloji xüsusiyyətləri, neqativ kütlə reaksiyaları. Kütlənin növləri və idarə edilmə qaydaları”, “İntihar və intihara cəhd hadisələrinin qarşısının alınması” və “Psixoloji reabilitasiya və özünü idarəetmə qaydaları. Təşviş pozuntuları zamanı psixoloji yardımın xüsusiyyətləri” mövzularında çıxışları olub.

Tədbir zamanı FHN-in fəaliyyəti haqqında videoslayd izlənilib. Sonda Sumqayıt Regional Mərkəzinin kurslarında iştirak edən psixoloqlara şəhadətnamələr verilib.

 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

Divarları çatlayan, eyvanları çökən yataqxana – Sumqayıtdan şikayət

Bütün xəbərlər
Dünən, 17:17

Qazilərin maaşının 400 manatlıq hissəsi vergidən azaddır

Bütün xəbərlər
Dünən, 16:47

Sumqayıtda poliklinika 3,9 milyon manata əsaslı təmir olunacaq

Bütün xəbərlər
Dünən, 16:22

Magistratura və doktoranturanı bitirmiş zabitlərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq

Bütün xəbərlər
Dünən, 16:17

Sarayda içməli su israfı İDDİASI: "Bura heç vaxt təmir edilmir"

Bütün xəbərlər
Dünən, 15:47

Bakı-Sumqayıt qatarlarında REKORD - 52 min adam daşınıb

Bütün xəbərlər
Dünən, 15:17

Sumqayıtda yumurta qıtlığı - qiymətlər artacaq, yoxsa?...

Bütün xəbərlər
Dünən, 14:47

Sumqayıtda sabah 32 dərəcə isti olacaq

İdman
Dünən, 14:17

İki böyük şəhərin komandaları üz-üzə gələcək

Bütün xəbərlər
Dünən, 13:47

Sumqayıt yol qazıldı, hərəkət məhdudlaşdı

Bütün xəbərlər
Dünən, 13:17

Sumqayıtda dənizdən meyit tapıldı

Bütün xəbərlər
Dünən, 12:47

Prezident İlham Əliyev sumqayıtlı auditoru TƏLTİF EDİB

Bütün xəbərlər
Dünən, 12:29

Sumqayıt xəstəxanasında təyinat - Bu şəxslər rəhbər vəzifələrə gətirildi

Bütün xəbərlər
Dünən, 12:07

Ümumi təhsil müəssisələrinin tədris planları təsdiqlənib

Bütün xəbərlər
Dünən, 11:37

Sumqayıtda müəllim düzəltmək adı ilə 38 min manat aldı – 7 il həbs

İdman
Dünən, 11:00

Sumqayıtlı pəhləvan Azərbaycan Kubokunu qazandı

Bütün xəbərlər
Dünən, 10:26

Bu il Sumqayıtdan 266 min tona yaxın azot gübrəsi ixrac edilib

Bütün xəbərlər
Dünən, 09:56

Sumqayıt xəstəxanasında YENİ RƏHBƏR təyinatı

Bütün xəbərlər
Dünən, 09:07

Sumqayıtda iki maşın toqquşdu - ölən var

Bütün xəbərlər
15 sentyabr 2026, 18:30

Şəhidin yeganə övladı da məktəbli oldu

Bütün xəbərlər
15 sentyabr 2026, 18:05

"Buxar Sumqayıt"ın məşqçisi: "Oyunçu sayının azlığı Avropa Liqasındakı yeganə çətinlikdir"

Bütün xəbərlər
15 sentyabr 2026, 17:40

Sarayda "zebra" var, amma sürücülər piyadalara yol vermir

Bütün xəbərlər
15 sentyabr 2026, 17:28

Sumqayıt-Cəbrayıl marşrutu üzrə müsabiqənin qalibi açıqlandı

Bütün xəbərlər
15 sentyabr 2026, 17:05

Sumqayıtlıları çətin duruma salan su problemi - açıqlama

Oxşar xəbərlər