Sumqayıt şəhər Heydər Əliyev mərkəzində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Sumqayıt24 bu barədə 26 noyabr tarixində Sumqayit-info.az-a istinadən xəbər verir.
Maarifləndirici tədbirdə Sumqayıt Regional Mərkəzinin, DYNX-Sumqayıt Dövlət Regional Yanğın Nəzarəti İdarəsinin əməkdaşı, Mərkəzin rəhbər və işçi heyəti, Peşə Təhsil Mərkəzinin pedaqoji heyəti və tələbə kontingenti iştirak ediblər.
Seminarda “Fövqəladə hallatın təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı?”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, ” Odsöndürən balonlardan istifadə”, “Dəm qazı” və “112” qaynar xətti” mövzularında çıxışlar edilib, mövzulara aid videoçarxlar nümayiş etdirilib.
Sonda mövzulara dair suallar cavablandırılıb və maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları, bukletlər paylanılıb.