FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbirləri keçirib. Bu haqda 12 avqust tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Seminarlar Novxanı qəsəbəsindəki çimərlikdə və Sumqayıt Bələdiyyəsinin “İnşaatçı” məhəllə komitəsində təşkil olunub. Tədbirlərdə yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, eləcə də FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən təlimlər zamanı suallar ətraflı cavablandırılıb.