Sumqayıtda fövqəladə hallarla bağlı davranış qaydaları mövzusunda tədbir keçirilib. Sumqayıt24 bu barədə 29 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə keçirilən təlim 5 saylı tam orta məktəbdə baş tutub. Burada fövqəladə halların təsnifatı, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib. Həmçinin nazirliyin “112” qaynar xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbir zamanı suallar ətraflı cavablandırılıb.