Sumqayıt şəhər Narkoloji Dispanserində maarifləndirmə tədbiri keçirilib. Sumqayıt24 bu haqda Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Görüş nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Sumqayıt Regional Mərkəzi tərəfindən təşkil olunub. Məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı zəruri davranış qaydaları ilə bağlı vətəndaşlara biliklər vermək olub.
İştirakçılar yanğınlar, zəlzələ, torpaq sürüşməsi, sel və daşqınlar barədə məlumatlandırılıb. Onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
Sonda vətəndaşları maraqlandıran suallar cavablandırılıb.