Sumqayıt şəhər 29 nömrəli məktəbdə maarifləndirmə tədbiri keçirilib. Bu haqda 12 noyabr tarixində Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər yayıb.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirak etdiyi tədbir Sumqayıt Regional Mərkəzi tərəfindən təşkil olunub. Vətəndaşlara baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları izah edilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.