Sumqayıt şəhər Vərəm xəstəxanasında maarifləndirmə tədbiri keçirilib. Sumqayıt24 bu haqda 30 iyul tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Dövlət yanğın nəzarəti xidmətinin mütəxəssislərinin də iştirak etdiyi görüş FHN-in Sumqayıt Regional Mərkəzi tərəfindən təşkil olunub. Məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı vətəndaşları məlumatlandırmaq olub.
Tədbirdə fövqəladə halların təsnifatı, yanğınlar, zəlzələ, torpaq sürüşməsi, sel və daşqınlardan danışılıb. Qeyd edək ki, slaydların müşayiəti ilə edilən təqdimatlar zamanı mövzulara dair videoçarxlar da nümayiş olunub.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.