FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib. Bu haqda 16 iyul tarixində Sumqayıt24 xəbər verir.
Tədbir Abşeron rayonunda yerləşən parklarda və istirahət mərkəzlərində təşkil olunub. Burada dövlət yanğın nəzarəti xidmətinin mütəxəssisləri də iştirak edib. Görüşün məqsədi təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.