Sumqayıt Musiqi Kollecinin kollektivi fiziki imkanları məhdud şəxsləri sevindirib. Sumqayıt24 bu haqda kollecin sosial şəbəkə hesabına istinadən xəbər verir.
Məlumata görə, tələbə və müəllim heyəti Sumqayıt şəhər Əlillərin Regional Bərpa Mərkəzində olublar. Burada onlar Ramazan bayramı münasibətilə konsert proqramı ilə çıxış ediblər.