Sumqayıtda yaşayan bir neçə aztəminatlı fiziki məhdudiyyətli şəxslərin ailələri ziyarət edilib. Sumqayıt24 bu barədə 3 dekabr tarixində “Mədəniyyət Xəbərləri”nə istinadən məlumat verir.
Ziyarət Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə təşkil olunub. C.Cabbarlı adına Mədəniyyət evinin kollektivi ailələr ilə görüşüb. Əməkdaşlar onlara maddi və mənəvi dəstək göstəriblər.