Sumqayıt fortepianoçuları yüksək yerlər tutublar. Sumqayıt24 bu haqda 7 mart tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə (RMİ) istinadən xəbər verir.
Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdləri Astana şəhərində (Qazaxıstan) keçirilən Beynəlxalq İncəsənət Festivalına qatılıblar. Belə ki, 3-cü sinifdə oxuyan Ataxan Muradov I yerə, 5-ci sinif şagirdi Məlahət Azadlı isə II yerə layiq görülüblər.
Onları müsabiqəyə müəllim Ramilə Rəhimova hazırlayıb.