Sumqayıtlı fortepianoçular beynəlxalq diplomlara layiq görülüblər. Sumqayıt24 bu haqda 29 iyun tarixində Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Bülbül adına 2 nömrəli Uşaq incəsənət məktəbinin şagirdləri Qazaxıstanda onlayn formatda təşkil olunan “BRİTİSH GRAND FESTİVAL” adlı II Beynəlxalq vokal-instrumental müsabiqəsində iştirak ediblər.
Nəticədə 4-cü sinif şagirdi Nüşabə Balayeva və 6-cı sinif şagirdi Ləman Rüstəmova 1-ci dərəcəli, 5-ci sinif şagirdi Nübar Balamiyeva isə 3-cü dərəcəli diplomlarla təltif olunublar.
Müsabiqədə şagirdlərin uğurlu çıxışına görə müəllim Səfiyyə Həşimovaya “Təşəkkürnamə” verilib.