Sumqayıtlı fortepianoçular beynəlxalq arenada növbəti uğuru qazanıb. Bu haqda Q.Qarayev adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin sosial şəbəkə hesabına istinadən xəbər veririk.
Məktəbin 6-cı sinif şagirdi Aytac Vəlizadə laureat adını qazanaraq 1-ci yerə, 3-cü sinif şagirdi Ayla Pənahova isə 2-ci yerə layiq görülüblər. Onların qatıldığı musiqi festivalının adı “Ümid qapıları”dır. Festival Israildə, onlayn formatda keçirilib.
Aytacı festivala müəllimi Sevda Məcidova, Aylanı isə müəllimi Esmira Əliyeva hazırlayıb.