Ceyranbatan qəsəbə uşaq incəsənət məktəbinin şagirdi beynəlxalq arenada uğur qazanıb. Bu haqda Regional Mədəniyyət İdarəsi bu gün, 15 mart tarixində xəbər yayıb.
Məktəbin fortepiano ixtisası üzrə 7-ci sinif şagirdi Nuray Allahverdiyeva ABŞ-da onlayn formatda keçirilən “US virtual Piano” adlı müsabiqədə öz yaş kateqoriyasının qalibi seçilib.
Onu müsabiqəyə ixtisas müəllimi Yasəmən Bəşirova hazırlayıb.