3 nömrəli Ailə Sağlamlıq Mərkəzində (ASM) "Fövqəladə hallar zamanı qorunma üsulları" mövzusunda tədbir keçirilib. Bu haqda bu gün, 20 may tarixində Sumqayıt24 xəbər verir.
Məlumata əsasən, tədbirdə Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları iştirak edib. Onlar texnogen xarakterli fövqəladə hallardan qorunma üsulları, təbii xarakterli fövqəladə hallar zamanı davranış qaydaları, zəlzələ zamanı təxliyə qaydaları haqda məlumat veriblər. Bundan əlavə, “112” qaynar xəttinin rolu haqda ətraflı müzakirələr aparılıb.
Tədbirin sonunda tibb işçilərini maraqlandıran suallar cavablandırılıb.