“Sumqayıt” FK-nın hücumçusu Türkiyədə əməliyyat olunub. Sumqayıt24 bu haqda bu gün, 15 aprel tarixində klubun rəsmi Facebook hesabına istinadən xəbər verir.
Məlumata əsasən, Xəzər Mahmudov İstanbul şəhərində çarpaz bağlarından uğurlu əməliyyat keçirib. Futbolçumuz Premyer Liqanın 20-ci turu çərçivəsində keçirilən "Keşlə" - "Sumqayıt" matçında zədələnmişdir.