Sumqayıtlı gənc skripkaçılar beynəlxalq müsabiqədə Laureat adını qazanıblar. Bu haqda bu gün, 1 mart tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsi (RMİ) məlumat yayıb.
I Beynəlxalq vokal-musiqi müsabiqəsi Qazaxıstan Respublikasının Astana şəhərində onlayn formatda keçirilib. Səid Rüstəmov adına 3 nömrəli uşaq incəsənət məktəbinin şagirdləri Ayan Abdullayeva və Azər Quliyev 1-ci dərəcəli Laureat adını qazanıb və diplomla mükafatlandırılıblar.
Ayan Abdullayevanı müsabiqəyə müəllimi Violetta Həsənəlizadə, Azər Quliyevi isə müəllimi Lyudmila Əliyeva hazırlayıb.