Sumqayıtda "İş axtarma metodları və kanalları" adlı seminar keçirilib. Bu haqda bu gün, 9 mart tarixində Sumqayıt Gənclər və Karyera Mərkəzi Facebook hesabında məlumat yayıb.
Təlim iştirakçılarına “Zamanın idarə olunması” mövzusunda təqdimatlar edilib. Təlimçi tərəfindən gənclərə aktiv işaxtarma fəaliyyəti üçün zəruri bilik və bacarıqlar, iş axtarma texnologiyaları, işəgötürənlərlə ilkin əlaqələrin yaradılması üçün sınanmış üsullar öyrədilib. Gənclərə mövzu ilə bağlı fotoslayd nümayiş edilib.