Sumqayıtda "Media savadlılığı və gənclər" mövzusunda təlim keçirilib. Bu haqda Gənclərin İnkişaf və Karyera Mərkəzinin Facebook səhifəsinə istinadən xəbər veririk.
Sumqayıt KOB İnkişaf Mərkəzinin koordinatoru Nurlan Qarayev iştirakçılara, Azərbaycanda və Avropada media savadlılığı, saxta xəbərlər və dezinformasiya, media müxtəlifliyi və mediada qərəzlilik mövzularında məlumat verib.
Daha sonra, gənclər araşdırma zamanı əldə etdikləri bilikləri qruplarla tətbiq edib, saxta və yalan xəbərləri, eləcə də qərəz formalarını aşkar etməyin və onlara qarşı mübarizə aparmağın yollarını öyrəniblər.
Qeyd edək ki, görüş Avropa Şurası Gənclər Fondunun maliyyə dəstəyi, Sağlam Düşüncə Gənclər Təşkilatının təşkilatçılığı ilə baş tutub.