Gənclər və İdman naziri Fərid Qayıbov Şəhriyar Məmmədyarovla görüşüb. Bu haqda bu gün, 1 fevral tarixində "Report" məlumat yayıb.
Görüşdə Şəhriyar Məmmədyarovun bacıları Türkan Məmmədyarova və Zeynəb Məmmədyarova, onların atası Həmid Məmmədyarov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov və baş katib İlahə Qədimova iştirak ediblər.
Nazir “Məmmədyarovlar” şahmat məktəbi ilə tanış olub. Burada dərslər Azərbaycan, rus və ingilis dillərində tədris olunur. Məktəbdə eyni vaxtda 30 uşaq şahmatla məşğul ola bilər.
Şahmat məktəbinin rəhbəri Zeynəb Məmmədyarovadir.