Sumqayıtda psixologiya sahəsində təhsil alan gənclər üçün seminar keçirilib. Sumqayıt24 bu barədə 16 noyabr tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzinə istinadən xəbər verir.
“Gələcək sizin əlinizdə” layihəsi çərçivəsində baş tutan təlimin əsas məqsədi gənclər üçün elmi tədqiqatların aparılması və elmi araşdırmaların yazılması yollarının öyrədilməsi olub. Çox sayda qrup işlərinin iştirakı ilə təşkil olununan görüş interaktiv üsullarla həyata keçirilib.
Seminar GİKM Sumqayıt nümayəndəliyi və “Addım” Gənclərin İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.