Sumqayıt şəhərində “Atalar Məktəbi”nin təlimi baş tutacaq. Bu barədə 11 avqust tarixində Gənclər və İdman Nazirliyinə istinadən məlumat veririk.
“Atalar Məktəbi - Məsuliyyətli Atalığa Doğru” layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilir. Təlim avqustun 13-ü saat 11:00-da Gənclər Evində baş tutacaq. Seminarda məsuliyyətli atalıq konsepsiyası ilə tanış olmağa və öyrənməyə həvəsli olan gənc atalar və ata olmağa hazırlaşan şəxslər iştirak edə bilər.
Layihəyə qoşulmaq üçün anketi (https://cutt.ly/0KAhD3G) doldurmaq və ya (070) 504 45 47 nömrəsi ilə əlaqə saxlayaraq qeydiyyatdan keçmək mümkündür.