Sumqayıtda yaşayan çavuş dəm qazından boğulub. Sumqayıt24 bu haqda 1 noyabr tarixində Apa.az-a istinadən xəbər verir.
Hadisə ötən gecə qeydə alınıb. Şəki sakini, 21 yaşlı Seymur Yusifli kirayədə yaşadığı mənzildə dəm qazından boğularaq vəfat edib. Qeyd olunan faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.