Uşaq İncəsənət Məktəbinin şagirdləri beynəlxalq festivalda növbəti dəfə uğurla iştirak ediblər. Bu haqda bu gün, 13 iyul tarixində Regional Mədəniyyət İdarəsinə istinadən xəbər veririk.
Fortepiano şöbəsinin şagirdləri "Adagio" Qazaxıstan-İtaliya III Beynəlxalq Vokal-instrumental onlayn müsabiqəsində iştirak ediblər. Aysu Xudiyeva "Qran Pri", Günel Pirmuradova I dərəcəli Laureat, Leyla Əsgərova isə II dərəcəli Laureat adına layiq görülüblər.
Şagirdlər Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbində təhsil alırlar.