Sumqayıtda “Gənc İxtiraçılar Laboratoriyası 2.0” layihəsinin ilk seminarı keçirilib. Sumqayıt24 bu haqda 24 yanvar tarixində xəbər verir.
Təlim Peşə Təhsil Mərkəzində təşkil olunub. Təhsil ocağının direktoru Kənan Bağırov, layihə rəhbəri Ceyhun Hüseynov ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, Gənclər Fondunun və İctimai Birliyin fəaliyyətindən danışıblar.
Bildirilib ki, layihənin məqsədi İKT mühəndisliyinə həvəsli gənclərdən laboratoriya yaratmaq, robot texnologiyaları, dizayn, kodlaşdırma sahələrinə maraq oyatmaq, gələcəkdə karyera və ixtisas seçimlərinə yardım göstərməkdir.
Beynəlxalq dərəcəli təlimçi Ramil Süleymanov 70-ə yaxın gəncə robot texnologiyaları, mühəndislik və kod tədrisi, İKT sahəsində mühəndislik bacarıqları, müasir texnoloji ixtiraçılıq istiqamətində biliklər verib.
Sonda suallar cavablandırılıb.