Sumqayıtda “Gənc İxtiraçılar Laboratoriyası” layihəsinin ikinci təlimi keçirilib. Bu haqda 15 fevral tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər veririk.
Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən seminar Gənclər Evində baş tutub.
Beynəlxalq dərəcəli təlimçi Ramil Süleymanov tərəfindən robot texnologiyaları, mühəndislik və kod tədrisi, İKT sahəsində mühəndislik bacarıqları, müasir texnoloji ixtiraçılıq istiqamətində biliklər iştirakçıların diqqətinə çatdırılıb.
Təlimdə müxtəlif sahələri təmsil edən 30-a yaxın gənc iştirak edib, onlara sertifikatlar təqdim edilib.