Sumqayıt şəhərində “Gələcək nəsilin həyatındakı rolumuz” mövzusunda seminar keçiriləcək. Bu haqda bu gün, 25 may tarixində sosial şəbəkələrə istinadən xəbər veririk.
Məlumata əsasən, təlimçi qismində Şüuraltı master Səbinə İbrahimli çıxış edəcək. Sumqayıt Gənc Müəllimlər Şurasının birgə təşkilatçılığı ilə keçirilən təlim gənc pedaqoji işçilər üçün təşkil edilib.
Seminar 30 may saat 13:00-da Sumqayıt şəhər Gənclər Evində baş tutacaq.