Sumqayıtda "Gənclərin söz dünyası" adlı tədbir keçirilib. Bu barədə 15 avqust tarixində Sumqayıt MKS-yə istinadən məlumat veririk.
Tədbir Nizami Gəncəvi adına Kitabxana Klubu və AYB Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə keçirilib. Görüşdə gənc şairlər Aygün Yaşar, Elşad Xaqan, Gülnar Ümid, Elvin İntiqamoğlu, Ümid Abbas iştirak ediblər. Klubun müdiri Ülviyyə İsayeva tədbir iştirakçılarını salamlayaraq, gənclərin həyatımızdakı rolu və vəzifələrindən danışıb. Yığıncağın sonunda şairlər şeirlərini oxuyub, oxucuların suallarını cavablandırıblar.