Sumqayıtda bilik yarışı təşkil olunacaq. Sumqayıt24 bu haqda bu gün, 4 iyun tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər verir.
Breyn rinq formatında 6-7 iyun tarixlərində baş tutacaq yarış “15 iyun - Milli Qurtuluş Günü”nə həsr olunub. Burada müxtəlif gənclər təşkilatlarının üzvləri bir-biri ilə “çox bilmişlikdə” mübarizə aparacaq.