Sumqayıtlı gənclər “Əsas Həyat Bacarıqları” üzrə təlimlərə qatılıb. Sumqayıt24 bu haqda 7 iyun tarixində Gənclər evinin Facebook səhifəsinə istinadən xəbər verir.
UNICEF ilə Gənclər və İdman Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunan görüşlərdə sözügedən təşkilatın metodisti Ayan Həsənəlizadə və psixoloq Gülnar Yusifova iştirak ediblər.