Sumqayıtda "Kitablarda sevgi" adlı görüş təşkil olunub. Bu haqda bu gün, 3 iyun tarixində SDU-nun Tələbə Gənclər Təşkilatına istinadən xəbər veririk.
Məlumata əsasən, görüş zamanı gənclər İlyas Əfəndiyevin "Körpüsalanlar" və "Sən həmişə mənimləsən" əsərlərinin müzakirə və təhlili aparıblar. Görüş “ON1000” proqramı çərçivəsində Kitab klubunun təşkilatçılığı ilə həyata keçirilib.
İlyas Əfəndiyev Azərbaycan ədəbiyyatında lirik-psixoloji janrın əsasını qoyan yazıçıdır.