Sumqayıtda tir atıcılığı üzrə yarış keçirilib. Sumqayıt24 bu haqda sosial şəbəkələrə istinadən xəbər verir.
Gənclərin İnkişaf və Karyera Mərkəzi və Gənclər evinin təşkil etdiyi birincilik Silahlı Qüvvələr Gününə həsr olunub. Burada 30-dan çox gənc öz bacarığını yoxlayıb. Ən yüksək nəticə göstərən 3 nəfərə xatirə hədiyyələri təqdim olunub.