Sumqayıtda gənclər üçün praktik seminar keçirilib. Sumqayıt24 bu barədə 17 noyabr tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər verir.
“Gənc Təxliyəçi” adlı seminarın məqsədi gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, ilkin tibbi yardım, şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşmaları istiqamətində maarifləndirilməsidir. İnteraktiv formada keçirilən təlimdə iştirakçıların mövzu ilə bağlı fikirləri dinlənilib, onların sualları cavablandırılıb.
Layihə Gənclər və İdman Baş İdarəsi və Qızıl Aypara Cəmiyyətinin şəhər bölməsinin birgə təşkilatçılığı ilə baş tutub.