Sumqayıtda "İş müsahibələrində davranış qaydaları" mövzusunda görüş keçiriləcək. Bu barədə bu gün, 1 iyun tarixində Gənclər Klubuna istinadən xəbər veririk.
Görüş Gənclər Klubu və “D&B Kitablı” kafenin birgə təşkilatçılığı ilə baş tutacaq. Təlimçi qismində Azərbaycan İnsan Resursları Assosiyasiyasının İdarə heyətinin üzvü İlkin Məcidov çıxış edəcək.
İştirak etmək istəyən şəxslər link vasitəsilə qeydiyyatdan keçə bilər.
Tarix: 12 iyun;
Vaxt: 15:00;
Məkan: D&B Kitablı kafe.