Sumqayıtda gənclər üçün "Özünüifadə bacarığı" mövzusunda seminar keçirilib. Bu haqda bu gün, 18 iyul tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzinə istinadən xəbər veririk.
Seminar Heydər Əliyev Məkrəzində baş tutub. Təlim natiqlik və ünsiyyət bacarıqları üzrə tədrisçi, "ÜTÜ" və "SAS" layihələrinin rəhbəri Zaur Cahangirovun təqdimatında keçirilib. Görüş interaktiv şəkildə hətaya keçirilib. Burada gənclərlə “özünəinam”, “özünüifadə”, “natiqlik” mövzuları izah edilib.
Görüş Sumqayıt Gənclər Klubu və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.