Sumqayıt Dövlət Rəsm Qalereyasında “Mən kökümlə bu torpağa bağlıyam” adlı rəsm sərgi-müsabiqəsi keçirilib. Sumqayıt24 bu barədə Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər verir.
Ülu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar baş tutan sərgidə gənclərin əl işləri nümayiş olunub. Azərbaycanın qədim tarixi memarlıq abidələri, milli-mənəvi dəyərləri və dilbər guşələri həmin əsərlərdə öz əksini tapıb.
Sonda qalib və fərqlənmiş gənclərə Fəxri fərman, sertifikat və hədiyyələr təqdim edilib.