Sumqayıtda “Gənclərin İnklüziv İnkişafına Dəstək” İctimai Birliyi təşəbbüs qrupunun ilk yığıncağı keçirilib. Bu haqda 28 fevral tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər veririk.
Bir qrup gəncin iştirakı ilə keçirilən tədbir Gənclər Evində baş tutub. İctimai Birliyin (İB) təsisçisi Həsən Həsənli bildirib ki, təşəbbüs qrupunun başlıca məqsədi gənclərin, o cümlədən sosial müdafiəyə ehtiyacı olan və risk qrupunda olan gənclərin elmi, fiziki və mənəvi inkişafına diqqəti artırmaq, bərabər imkanlar əsasında onların sosial müdafiəsini və cəmiyyətə inteqrasiyasını təmin etməkdən ibarətdir.
Sonda ictimai birliyin öz fəaliyyətini hüquqi şəxs statusunda davam etdirməsi üçün qısa zamanda müvafiq addımların atılacağı qeyd edilib.